Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, 2026-cı ilin ikinci rübündə Tbilisidə yaşayış üçün nəzərdə tutulan daşınmaz əmlakın qiymətləri artıb
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə yaşayış daşınmaz əmlakının qiymət indeksi 0,9 faiz artıb. İndeksin illik artımı isə 4,9 faiz təşkil edib. 2020-ci ilin orta göstəricisi ilə müqayisədə bu göstərici 63,8 faiz yüksəlib.
Sakstatın məlumatına əsasən, yaşayış daşınmaz əmlakının qiymət indeksinin əhatə dairəsi yalnız Tbilisi ilə məhdudlaşır və həm çoxmərtəbəli binalarda yeni mənzilləri, həm də fərdi evlər seqmentini əhatə edən yeni yaşayış daşınmaz əmlakı bazarını əks etdirir.
Qurumun hesabatına görə, 2026-cı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə həm mənzillər, həm də fərdi evlər seqmentində qiymətlər 0,9 faiz artıb.
2025-ci ilin ikinci rübü ilə müqayisədə isə hər iki seqmentdə qiymət artımı qeydə alınıb. Mənzillərin qiyməti 4,8 faiz, fərdi evlərin qiyməti isə 5,5 faiz yüksəlib.
Mənzillər seqmentində 1 kvadratmetr üçün ən yüksək qiymət Mtatsminda rayonunda qeydə alınıb – 6 730 lari. Daha sonra Vake rayonu gəlir, burada 1 kvadratmetr mənzilin qiyməti 5 914 laridir. Digər rayonlarda qiymətlər belədir: Krtsanisi – 4 630 lari, Saburtalo – 4 307 lari, Didube – 4 184 lari, İsani – 4 088 lari, Çuğureti – 4 064 lari, Nadzaladevi – 4 038 lari, Qldani – 3 867 lari, Samqori – 3 680 lari.
Fərdi evlər seqmentində isə 1 kvadratmetr üçün ən yüksək qiymət Vake rayonunda qeydə alınıb – 4 656 lari. Mtatsminda – 4 409 lari, Çuğureti – 3 524 lari, Saburtalo – 3 510 lari, Didube – 3 477 lari, İsani – 3 268 lari, Samqori – 2 992 lari, Krtsanisi – 2 926 lari, Qldani – 2 811 lari, Nadzaladevi – 2 778 lari.