Gürcüstan Milli Bankı vətəndaşlara xəbərdarlıq verir, elektron valyuta bazarında ticarət zamanı, yalnız lisenziyalaşdırılmış broker şirkətlərinə inansınlar.
GMB tərəfindən yayılmış bəyanatda deyildiyi kimi, 11 yanvar 2018-ci ildə qüvvəyə minmiş qanuna əsasən, “qiymətli kağızların bazarı haqqında” Gürcüstan qanununa edilən dəyişikliklərə görə, broker şirkətlərinin fəaliyyətinə, xarici valyutanın ticarəti platformasının təşkili əlavə olundu.
Dəyişikliklər nəticəsində, ticarət platforması vasitəsi ilə xarici valyutanın ticarətinin təçkili lisenziyalaşdırılmış fəaliyyət oldu və Gürcüstan Milli Bankının tənzimləməsinə tabe oldu.