Gürcüstan Milli Bankı - Gürcü maliyyə sistemini SWIFT-dən ayırmaq üçün əsas yoxdur
Gürcü maliyyə sistemini Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) ayırmaq üçün əsas yoxdur. Bu barədə Gürcüstan Milli Bankında bildirirlər.
Gürcüstan Milli Bankında qeyd etdikləri kimi, Gürcüstanın bank-maliyyə sektoru həm gürcü qanunvericiliyinə, həm də beynəlxalq sanksiyalar rejimlərinə sarsılmaz şəkildə əməl edir.
“Gürcüstan Milli Bankı tərəfindən həm yerində, həm də distant nəzarət çərçivəsində fasiləsiz olaraq müvafiq nəzarət prosesi də həyata keçirilir. Gürcüstanın bank-maliyyə sektorunun sanksiyalar rejimlərinə tam uyğunluğunu xarici tərəfdaşlarımız müsbət qiymətləndirirlər. Maliyyə sektorunun çirkli pulların yuyulmasının qarşısının alınması baxımından beynəlxalq standartlara uyğunluq səviyyəsi yüksəkdir, bu isə həmçinin Avropa Şurasının Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirmələri ilə təsdiqlənir. Həmçinin, Gürcüstan Milli Bankının maliyyə sistemi və qanunvericiliyin Avropa tənzimləmələrinə yaxınlaşdırılması baxımından da səyi daimi olaraq müsbət qiymətləndirilməyə layiqdir. Sistem xüsusilə şəffafdır və müvafiq olaraq, investorların ona olan güvəni artmaqdadır. Yuxarıda qeyd olunanların hər birini nəzərə alaraq, qeyd etmək istəyirik ki, gürcü maliyyə sistemini Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) ayırmaq üçün əsas yoxdur” – Gürcüstan Milli Bankında bildirirlər.