Gürcüstan, Litva səninlə birlikdədir - Linas Linkeviçus avqust müharibəsinin 10 illiyi ilə bağlı videomüraciət yayır
Litva Xarici İşlər naziri Rusiya-Gürcüstan müharibəsinin 10 illiyi ilə bağlı xüsusi videomüraciət yayır. Videomüraciət diplomatın Twitter səhifəsində yayıldı.
“Rusiya tərəfindən Gürcüstana qarşı keçirilən təcavüzdən sonra 10 il keçdi. Rusiya Gürcüstanın suverenliyinin pozumasını davam etdirir, Gürcüstan ərazisinin 20 faizini işğal edib. Sabah Polşa və Latviyalı həmkarlarımla, həmçinin Ukrayna baş nazir müavini ilə birlikdə Tbilisiyə gedirəm ki, gürcü xalqına həmrəylimi bildirəm”, – Litva Xarici İşlər naziri bəyan edir.
“Gürcüstan, Litva səninlə birlikdədir” – videomüraciətin sonunda bu sözü nazir gürcü dilində deyir.