Gürcüstan Xİ idarəsi Suriyanın BMT və Misirdəki nümayəndəliyinə diplomatik əlaqələrin kəsilməsi barəsində notanı göndərdi
İyunun birində, Gürcüstan Xarici İşlər Nazirliyi Suriyanın BMT və Misirdəki nümayəndəliyinə, iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi barəsində notanı göndərdi, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.
Xarici İşlər İdarəsində bəyan edirlər ki, Suriya rejimi qanunsuz qərar qəbul etdi və Rusiya Federasiyası tərəfindən təziq nəticəsində, Suxumi və Sxinvalidə Rusiya işğal rejimi ilə üzdəniraq diplomatlik əlaqələrini qurdu.
“2018-ci il mayın 29-da, Suriya rejimi qanunsuz qərar qəbul etdi və Rusiya Federasiyası tərəfindən təziq nəticəsində, Suxumi və Sxinvalidə Rusiya işğal rejimi ilə üzdəniraq diplomatlik əlaqələrini qurdu. Bu isə, Rusiya Federasiyasının təcəvüzü, etnik soyqırımı və Gürcüstanın ayrılmaz bölgələri – Abxaziya və Sxinvali bölgəsinin işğalının dəstəklənməsini təşkil edir.
Qeyd olunala bağlı, Gürcüstan hökuməti 2018-ci 31 may tarixli sərancam əsasında, Suriya ilə diplomatik əlaqələrini kəsdi.
İyunun birində, Gürcüstan Xarici İşlər Nazirliyi Suriyanın BMT və Misirdəki nümayəndəliyinə, iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi barəsində notanı göndərdi”, – Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.