NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzində, ABŞ Dövlət Departamenti tərəfindən Gürcüstan Xarici İşlər Nazirliyinin “NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzi”, verilmiş yarım milyon dollarlıq yardım çərçivəsində planlaşdırılmiş layihənin təqdimatı bu gün keçiriləcək.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirə dəvət olunmuş qonaqlara Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani və Gürcüstanda Amerika Birləşmiş Ştatları səfiri vəzifəsini yerinə yetirən, Elizabet Rud müraciət edəcəklər.
Layihəni NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzinin direktoru, Nino Bolkvadze təqdim edəcək. Tədbirdə diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idaərələri və vətəndaş bölməsi nümayəndələri iştirak edəcəklər.