Gürcüstan Əmək Məcəlləsində dəyişikliklər (VİDEO)

Qəza hallarının sayını azaltmaq üçün əmək təhlükəsizliyi qanunu hazırlanır. Lakin, dövlət tərəfindən hələ keçən ilin yayında hazırlanan qanun layihənin müzakirəsi Parlamentdə bir daha təxirə salındı. Səbəb sənəd ətrafında fikirlərin fərqliliyidir.
İqtisadiyyat və Səhiyyə Nazirliyinin öz mövqelərini cəmləşdirməsi üçün bir həftəsi var. Layihəyə əsasən, işlə təmin edən şirkətlərin, əmək şəraitinin yaxşılaşdırılması və işçilərin həyat və sağlamlıqlarını qoruması üçün bir sıra öhdəlikləri olacaq. Pozuntuların olacağı halda sanksiyaların sayı artır. Yüksək risk daşıyan müəssisələrin planlaşdırılmış yoxlanışı isə xüsusi icazə olmadan da mümkün olacaq. Lakin üçüncü sektorun bir hissəsi üçün qanunun iş versiyası ilə təyin olunan normalar yetərli dərəcədə effektli deyil.

Hazırladılar: Manana Qiqineişvili, Leyla Əkbərova