Gürcüstan işğal olunmuş qondarma Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanımaq qərarını ləğv edən Nauru Respublikası ilə diplomatik münasibətlər quracaq
Gürcüstan və Nauru (Naoero) Respublikası arasında diplomatik münasibətlər qurulacaq. Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Məlumata görə, müvafiq sənəd Gürcüstanın Baş nazirinin Nyu-Yorka səfəri çərçivəsində imzalanacaq.
Hökumət administrasiyasının məlumatına əsasən, Gürcüstan və Nauru Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında protokolun imzalanmasına dair qərarı Gürcüstan hökuməti bu gün qəbul edib.
Xatırladaq ki, Nauru Respublikası iyulun 29-da işğal olunmuş qondarma Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanımaq qərarını və həmin ərazilərlə diplomatik münasibətlərini ləğv edib.