Gürcüstan iqtidarı 2019-2020-ci illərdə pensiyaları artırmağı planlaşdırır
Gürcüstan iqtidarı 2019-2020-ci illərdə pensiyaları artırmağı planlaşdırır, – bu barədə bəyanatı Gürcüstanın baş nazir namizədi Mamuka Baxtadze parlamentin növbədənkənar iclasında nitqlə çıxış edərkən verdi.
Mamuka Baxtadzenin dediyinə görə, Gürcüstan iqtidarı əhalinin yoxsul hissəsinə sosiyal yardım proqramlarını davam etdirəcək.
“Məhdud imkanlı insanların, yaşlıların və sahibsiz uşaqların vəziyyətlərinin yaxşılaşdırılmasına doğru istiqamətləndirilən tədbirlər davam edəcək. Bu tədbirlər arasında, 2019-2020-ci illərdə 20-20 lari pensiyaların artırılması da planlaşdırılıb və bunun üçün büdcədən 400 milyon lari ayrılacaq” – dedi Mamuka Baxtadze.