Gürcüstan hökumətinin qərarına əsasən, 7 mart tarixində Muskatdan Gürcüstan vətəndaşları üçün əlavə xüsusi reys təyin edilib
Gürcüstan hökumətinin qərarına əsasən, Yaxın Şərq regionunda olan Gürcüstan vətəndaşlarını vətənə qaytarmaq üçün əlavə xüsusi reys təyin edilib. Bu barədə məlumat Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.
Məlumata görə, xüsusi reys Muskatdan (Oman Sultanlığı) Tbilisiyə 7 mart tarixində, saat 23:00-da həyata keçiriləcək.
“Gürcüstan vətəndaşları müvafiq səfirliklərə müraciət etməlidirlər:
-
BƏƏ, Abu-Dabi – 24/7 isti xətt: +971 54 2324 335; Telefon: +971 2 553 36 83; E-poçt: [email protected]
-
Qətər, Doha – 24/7 isti xətt: +974 52 098 071; Telefon: +974 44 739 499; E-poçt: [email protected]”
– deyə Xarici İşlər Nazirliyi məlumat yayıb.