Gürcüstan hökumətinin qərarı ilə avqustun 29-u qeyri-iş günü elan edilib
Gürcüstan hökumətinin qərarı ilə avqustun 29-u qeyri-iş günü elan edilib

 

Gürcüstan hökumətinin qərarı ilə avqustun 29-u qeyri-iş günü elan edilib. Bu barədə məlumatı Gürcüstan hökuməti yayır.

Onların məlumatına əsasən, baş nazir İrakli Kobaxidzenin imzaladığı qərar Gürcüstanın Milli Bankının nəzarətinə tabe olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə şamil edilmir.

Bununla yanaşı, qərar funksiyalarının yerinə yetirilməsi təxirəsalınmaz zərurət daşıyan xidmətlərə və işçilərə şamil edilməyəcək.