Gürcüstan hökumətinin fərmanı ilə ərzaq məhsullarının qiymətləri ilə bağlı Koordinasiya Komissiyasının tərkibi təsdiqlənib
Gürcüstan hökumətinin fərmanı ilə ərzaq məhsullarının qiymətləri ilə bağlı Koordinasiya Komissiyasının tərkibi təsdiqlənib

 

Gürcüstan hökumətinin 2025-ci ilin 30 dekabr tarixli fərmanı ilə ərzaq məhsullarının qiymətləri ilə bağlı Koordinasiya Komissiyasının tərkibi təsdiqlənib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Koordinasiya Komissiyasına rəhbərlik edəcək.

Bununla yanaşı, komissiyanın tərkibindədirlər: iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, maliyyə naziri Laşa Xutsişvili, səhiyyə naziri Mixeil Sarcveladze, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mamuka Mdinaradze, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyinin sədri İrakli Lekvinadze.