Gürcüstan hökuməti və Haaqa Məhkəməsi arasında cəzaicrası barəsində razılaşma imzalandı
Gürcüstan Ədliyyə naziri Haaqa Məhkəməsi (ICC) ilə 2015-ci ildə başlanılmış danışıqları uğurla başa çatdırdı. Bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyi yayır.
Elə onların məlumatına görə, Gürcüstan hökuməti və Haaqa Məhkəməsi arasında cəzaicrası barəsində razılaşma imzalandı. Razılaşmanı Gürcüstan Ədliyyə naziri, Tea Sulukiani və beynəlxalq cinayət məhkəməsi sədrinin müavini Robert Fremrmaxel imzaladılar.
“Bu razılaşmanın imzalanmasını Gürcüstan Ədliyyə naziri 2015-ci ildə, Haaqada səfərdə olarkən tələb etdi.
Bu gün imzalanan razılaşma üzdəniraq ikiqat razılaşma sisteminə əsaslanır.
Hazırda Haaqa Məhkəməsi mümkün cinayətləri Konqo, Uqanda, Sudan, Kot-d’İvuar və Mərkəzi Afrikada müzakirə edir.
Həbsdə olan məhbusların sayının azlığına görə, bu mərhələdə Haaqa Məhkəməsi gürcü penitensial sistemindən istifadə etmir. Durumun dəyişməsi təqdirində Gürcüstan məhbusları, öz ərazisində qəbul edə bilər.
Haaqa Məhkəməsi bənzər razılaşmanı qarşıdakı ölkələrlə imzalayıb: Avstriya, Belçika, Danimarka, Finlandiya, Norveç, Serbiya, İsveç, Sloveniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı”, – Gürcüstan Ədliyyə Nazirliyinin bəyanatında deyilir.