Gürcüstan hökuməti iki müasir universitet şəhərinin tikintisinə başlayır
Gürcüstan hökuməti Kutaisi və Rustavidə müasir standartlara uyğun universitet şəhərləri tikmək haqda qərar qəbul edib. Məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyi yayır.
Onların məlumatına əsasən, universitet şəhərlərinin tikintisi üçün zəruri tədbirlərin həyata keçirilməsi İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fonduna tapşırılıb.
“Hökumətin tapşırığına uyğun olaraq, Kutaisi və Rustavidə universitet şəhərlərinin tikintisi üçün fond ətraflı layihə-smeta sənədinin hazırlanmasına, tikinti işləri və nəzarət xidmətləri üçün satınalma prosesinə başlayacaq, bu da hər iki ərazidə tamhüquqlu universitet infrastrukturunun yaradılmasını nəzərdə tutur” – məlumatda qeyd olunub.