Gürcüstan hökuməti - Hakimiyyətin Litva və Estoniya hökumətlərinin anti-gürcü qərarına qarşı uyğun tədbirlərlə qarşılıq vermək hüququ və imkanı var, lakin biz bu cür addımı məqsədəuyğun hesab etmirik
Gürcüstan hökuməti - Hakimiyyətin Litva və Estoniya hökumətlərinin anti-gürcü qərarına qarşı uyğun tədbirlərlə qarşılıq vermək hüququ və imkanı var, lakin biz bu cür addımı məqsədəuyğun hesab etmirik

 
Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-gürcü qərarına qarşı uyğun tədbirlərlə qarşılıq vermək hüququ və imkanı var, lakin biz bu cür addımı atmağı məqsədəuyğun hesab etmirik – bu haqda Gürcüstan hökumətinin yaydığı bəyanatda qeyd olunub.

“Məlum olduğu kimi, Litva və Estoniya hökumətləri Gürcüstan hakimiyyətinin 20-yə qədər nümayəndəsinə, o cümlədən Gürcüstanın Baş nazirinə sanksiyaların tətbiqi haqda qərar qəbul ediblər.

Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin sözügedən anti-gürcü qərarına qarşı uyğun tədbirlərlə qarşılıq vermək hüququ və imkanı var. Lakin, Litva və Estoniya xalqına hörmətimizə görə biz bu cür addımı atmağı məqsədəuyğun hesab etmirik. Gürcü, Estoniya və Litva xalqları arasında ənənəvi dostluğa təhlükə yaratmamaq üçün hər iki dövlətlə birtərəfli dostluq rejimində qalmaq bizim qərarımızdır.

Hamıya məlumdur ki, Estoniya və Litva bu gün Avropa İttifaqı miqyasında ən məhdud suverenliyə malik olan və hökumətləri öz xalqının mənafeyinə uyğun deyil, xarici ölkənin administrasiyasının diktəsi ilə hərəkət edən dövlətlərdir. Sözügedən dövlətlərin hökumətlərini öz ləyaqətinə zidd hərəkət etməyə məcbur edən əsas səbəb məhz budur. Çox təəssüf ki, 33 illik müstəqillik tarixinə baxmayaraq, Litva və Estoniya hakimiyyətləri sovet təfəkküründən bu günədək qurtula bilməyiblər.

Bizim dost Estoniya və Litva xalqlarına suverenliyin möhkəmlənməsini və 2025-ci ildə ən yaxşısını arzulayırıq!” – hökumətin bəyanatında qeyd olunub.

Məlumat üçün bildirək ki, Estoniya və Litvanın xarici işlər nazirləri dünən Litvanın daha 17, Estoniyanın isə 14 gürcü vəzifəli şəxsə sanksiya tətbiq etdiyini açıqlayıb.