Gürcüstan hökuməti “Ərzaq təchizatı zəncirində ədalətsiz ticarət təcrübələrinin qadağan edilməsi haqqında” qanun layihəsi hazırlamağı planlaşdırır
Gürcüstan hökuməti “Ərzaq təchizatı zəncirində ədalətsiz ticarət təcrübələrinin qadağan edilməsi haqqında” qanun layihəsi hazırlamağı planlaşdırır.
İcra hakimiyyəti parlamentə təqdim etdiyi planda dəyişikliklərin məzmunu barədə ətraflı məlumat vermir. Lakin qeyd edir ki, ərzaq təchizatı zəncirində tərəflərin danışıqlardakı mövqeləri arasında ciddi balanssızlıq mövcuddur.
“Sifarişçilər təchizatçılara birtərəfli və ədalətsiz şərtlər tətbiq edirlər – ödənişlərin təxirə salınması, sifarişlərin gecikmiş şəkildə ləğv edilməsi, məhsulların rəflərdə yerləşdirilməsi və marketinq xərclərinin təchizatçıların üzərinə qoyulması və s. Bu isə ərzaq təchizatı zəncirinin dayanıqlılığı üçün təhlükə yaradır.
Tamamilə qadağan edilən və müəyyən şərtlərlə yol verilən ticarət təcrübələrini əhatəli şəkildə müəyyən edən xüsusi qanunvericilik tənzimlənməsinin tətbiqi zəruridir.
Qanun layihəsi qanunun icrasına səlahiyyətli qurumu və onun səlahiyyətlərini, həmçinin effektiv, proporsional və qabaqlayıcı məsuliyyət sistemini müəyyən edəcək”, – sənəddə qeyd olunur.