Gürcüstan hökuməti dövlət universitetlərində tələbə qəbulu kvotalarını təsdiqləyib

14:54, 12.02.2026

Gürcüstan Təhsil, Elm və Gənclər naziri Givi Mikanadzenin sözlərinə görə, dövlət universitetlərinə kvotalar ali təhsil islahatı konsepsiyası çərçivəsində “bir şəhər – bir fakültə prinsipi” əsasında, əsasən universitetlərin ənənəvi profilləri nəzərə alınmaqla bölüşdürüləcək.

Nazirin açıqlamasına görə:

  • Tbilisi Dövlət Universiteti – dəqiq və təbii elmlər, humanitar elmlər (pedagoji proqramlar istisna olmaqla), hüquq, iqtisadiyyat və biznes idarəçiliyi, sosial və siyasi elmlər üzrə tələbə qəbul edəcək.

  • Gürcüstan Texniki Universiteti – mühəndislik və texniki ixtisaslar üzrə qəbul elan edəcək.

  • Tbilisi Dövlət Tibb Universiteti – tibbi ixtisaslar üzrə qəbul həyata keçirəcək.

  • İliya Dövlət Universiteti – pedagoji proqramlar və ABET akkreditasiyasına malik STEM ixtisasları üzrə tələbə qəbul edəcək.

  • Soxum Dövlət Universiteti – aqrar ixtisaslar, gürcü-abxaz dili və ədəbiyyatı, həmçinin pedagoji ixtisaslar üzrə qəbul edəcək.

  • Bədii və idman universitetləri – müvafiq ixtisaslar üzrə tələbə qəbul edəcəklər.

  • Batumi və Kutaisi universitetləri – çoxfunksiyalı ixtisas profillərini saxlayacaqlar.

  • Zuqdidi, Qori, Axaltsixe və Telavi universitetləri – aqrar ixtisaslara, turizm sahəsinə və pedagoji proqramlara xüsusi diqqət göstərəcəklər.

Bu tədbir ali təhsil sistemində ixtisaslaşmanı gücləndirməyi və universitetlərin peşəkar profillərini daha səmərəli təşkil etməyi hədəfləyir.

Oxşar