Gürcüstan Hökumət Administrasiyasının rəhbəri dünyada aparıcı memarlıq şirkətlərindən biri olan “Zaha hadid Architects”in direktoru Manuela Qato ilə görüşüb

21:07, 28.10.2026

 

Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani dünyada aparıcı memarlıq şirkətlərindən biri olan “Zaha hadid Architects”in direktoru Manuela Qato ilə görüşüb.

Hökumət Administrasiyasının məlumatında, görüşdə ölkədə cari irimiqyaslı infrastruktur layihələrinin və gələcək əməkdaşlıq imkanlarının müzakirə olunduğu deyilir.

“İnnovativ binaların, şəhər məkanlarının və müasir infrastrukturun layihələndirilməsi ilə seçilən, Böyük Britaniyada əsası qoyulan və dünyada tanınan memarlıq və dizayn şirkəti Gürcüstanda özəl sektorda cari layihələrlə yanaşı, dövlət layihələrinin həyata keçirilməsində də iştirak etməkdə maraqlıdır. “Zaha hadid Architects”in nümayəndələri bu istiqamətdəki baxışlarını Hökumət Administrasiyasının rəhbərinə təqdim ediblər.

Levan Jorjoliani bu miqyasda bir şirkətin Gürcüstan bazarındakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb və onun təcrübəsinin bölüşülməsinin yerli memarlıq və tikinti şirkətlərinin gələcək inkişafına, peşəkar ixtisasın və keyfiyyətin yüksəldilməsinə kömək edəcəyini qeyd edib” – Gürcüstan Hökumət Administrasiyasının yaydığı məlumatda qeyd olunub.

Oxşar