Gürcüstan Futbol Federasiyasının rəhbərləri Azərbaycandadır #1TVSPORT
Gürcüstan Futbol Federasiyasının rəhbərləri Azərbaycandadır #1TVSPORT

Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili və baş katib Davit Mujiri Azərbaycanda işgüzar səfərdədir. – Məlumatı SFF-nin mətbuat xidməti yayıb.

Məlumata görə, görüşdə federasiyaların gələcək planları və əməkdaşlıq layihələri müzakirə olunub.

“Gürcüstan Futbol Federasiyasının nümayəndələri ilə Azərbaycan Futbol Federasiyasının prezidenti Rövşən Nəcəf arasında görüş keçirilib. Görüşdə AFF-nin baş katibi Elxan Məmmədov və “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mair Məmmədov da iştirak ediblər.

Görüş çərçivəsində tərəflər SFF ilə AFF arasında gələcək əməkdaşlığı müzakirə ediblər ki, bu da onların fikrincə, hər iki ölkədə futbolun inkişafına töhfə verəcək”. – bu barədə SFF-nin bəyanatında deyilir.