Gürcüstan Ətraf Mühitin Milli Agentliyi əhaliyə xəbərdarlıq edib ki, yaxın günlərdə Şərqi Gürcüstanda hava şəraiti pisləşəcək
Gürcüstan Ətraf Mühitin Milli Agentliyi əhaliyə xəbərdarlıq edib ki, yaxın günlərdə Şərqi Gürcüstanda hava şəraiti pisləşəcək.
Sinoptiklərin proqnozuna görə, 6 iyul günün sonundan 9 iyul gününün birinci yarısınadək Şərqi Gürcüstanda arabir yağış yağacaq, bəzi yerlərdə güclü, Kaxeti bölgəsidə isə çox güclü yağıntılar gözlənilir. İldırım, dolu və güclü külək də mümkündür.
Qurumun məlumatına görə, gözlənilən güclü yağıntılar Şərqi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Kaxeti bölgəsinin kiçik çaylarında sel daşqınlarına, həmçinin dağlıq və təpəlik ərazilərdə sürüşmə və sel-axın proseslərinin yaranması və ya aktivləşməsinə səbəb ola bilər. Risk səviyyəsi Kaxeti bölgəsidə yüksək, digər ərazilərdə isə orta olaraq qiymətləndirilir.