Gürcüstan Ermənistanı Səyyar Ədliyyə Evi, Sistemli Torpaq Qeydiyyatı, PROBBOX İslahatları ilə tanış edir
Gürcüstan Ermənistanı Səyyar Ədliyyə Evi, Sistemli Torpaq Qeydiyyatı, PROBBOX İslahatları ilə tanış edir

Gürcüstanın Ədliyyə naziri, Rati Breqadzenin Ermənistana səfəri başladı. Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, Rati Breqadze erməni həmkarı, Karen Andresyanla görüşür. İdarənin məlumatına görə, Gürcüstan uğurlu islahatlar təcrübəsini qonşu ölkə ilə bölüşür. Rati Breqadze Karen Andresianini gürcü yenilikləri ilə – səyyar ədliyyə evləri, PROBBOX, torpaq sistemində qeydiyyat islahatları ilə tanış edir.

Elə bu gün Ədliyyə naziti və onun müavinləri – Tamar Tğeşelaşvili və Buba Lomuaşvili, Milli Reyestr Agentliyinin sədri, Oleq (Baço) Tortladze və Xüsusi Cəzaçəkmə Xidmətinin rəhbəri, Nika Sxvaraşvili miqyaslı təqdimat keçirəcəklər və idarədə həyata keçirilən islahatlar barəsidə erməni tərəfinə təfərrüatlı məlumat çatdıracalar.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti yüksək vəzifəli şəxslərlə görüşlər planlaşdırır. Gündəmə Ermənistanın baş naziri, Nikol Paşinyan və Parlamentin sədri Alen Simonyanla görüşlər daxildir. Erməni tərəfi ümid edir ki, Gürcüstanın uğurlu islahatları təcrübəsi, onlara ədliyyə sahəsində çağırışların dəf edilməsinə yardım edəcək.

Gürcü nümayəndə heyətinin səfəri 28 yanvarda başa çatacaq.