Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın bəyan etdiyinə görə, heç bir ölkə koronavirus ilə əmələ gələn böhranı ayrıca məğlub edə bilməz.
Elə onun dediyinə görə, Gürcüstan qonşu Ermənistana yardımı müzakirə edir və Səhiyyə Nazirliyinə artıq müvafiq tapşırıq verilib.
“Həmdəstək olmağımız lazımdır, bildiyiniz kimi, son zamanlar qonşu ölkələrdə durum kifayət qədər gərginləşdi. Mən şəxsən Ermənistan baş naziri ilə hər günlük şəxsi əlaqədəyəm. Səhiyyə Nazirliyi artıq qonşu ölkəyə göstərə biləcəyimiz yardım barəsində tapşırıq alıb. Görünür bu ilk növbədə tibbi personal ilə yardım olacaq, qonşularımız tərəfindən bu cür müraciət səsləndirildi”, – Giorgi Qaxariya bəyan etdi.