Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi yük təyyarəsinin "qara qutusu"nu Türkiyəyə aparıblar
Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi yük təyyarəsinin “qara qutusu”nu Türkiyəyə aparıblar.
Bu haqda məlumatı “CNN TÜRK” yayır.
Media vasitəsinin müxbirinin məlumatına əsasən, “qara qutu” Gürcüstanda Türkiyə nümayəndə heyətinə və türk hərbçilərə təhvil verilib və onlar da onu Türkiyəyə aparıblar.
Bundan əvvəl, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarənin “qara qutusu”nun tapıldığını bəyan etdi.
Məlumat üçün bildirək ki, Siğnaği Munisipalitetində Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında türk hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyə istiqamətində reys yerinə yetirirdi.