Gürcüstan dünyanın ən təhlükəsiz ölkələr reyqtinqində region lideridir
Gürcüstan dünyanın ən təhlükəsiz ölkələr reyqtinqində region lideridir. Bu haqda “Global Finance” tərəfindən yaradılmış reytinqdə deyilir.
Gürcüstan 128 ölkə arasında 49-cu yerdədir. Ölkə 9,68 bal topladı və region lideri oldu.
Reytinqdə Ermənistan 62-ci, Azərbaycan 71-ci, Türkiyə 107-ci, Rusiya isə 108-ci yerdədir.
Birinci yer İslandiyanındır. Ən yaxşı beşliyə isə Avstriya, Portuqaliya, Finlandiya və İsveçrə daxildir.
Ən pis nəticəyə Nigeriya, Salvador, Qvatemala, Yəmən və Filippinlər sahibdir.
Reytinq, münaqişə mümkünlüyü, iqtisadi inkişaf səviyyəsi, təbii fəlakət hallarının mümkünlüyü və vətəndaşların nə dərəcədə müdafiə altında olduqları əsasında təşkil olundu.