Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi özgənin pul vəsaitlərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə mənimsəmə faktı ilə bağlı Gürcüstan və Nigeriya vətəndaşlarını saxlayıb

11:48, 05.08.2026

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin pul vəsaitlərinin dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə məhkəmə qərarı əsasında iki nəfəri saxlayıblar.
DTX-nin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, Gürcüstanda yaşayan Nigeriya vətəndaşı və “Qardabani” Futbol Klubunun məşqçisi Nigeriya vətəndaşına Gürcüstanda müvəqqəti yaşamaq icazəsinin alınmasına kömək etmək bəhanəsi ilə onu həmin futbol klubunda saxta müqavilə əsasında rəsmiləşdiriblər. Bunun müqabilində ondan 3 min ABŞ dolları alıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin ikinci hissəsinin “a” və “b” bəndləri ilə aparılır. Həmin maddə yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar