Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyatlar Departamentinin rəhbəri vəzifəsinə Roman Kartsivadze təyin olunub
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Geka Geladze Xüsusi Əməliyyatlar Departamentinin şəxsi heyətinə yeni təyin olunmuş rəhbər Roman Kartsivadzeni təqdim edib.
Geka Geladze Roman Kartsivadzeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri əməkdaşlara tam dəstək vəd edib və görülən işlərə görə təşəkkürünü bildirib.
Bununla yanaşı, Geka Geladze müavinləri və Xüsusi Əməliyyatlar Departamentinin yeni direktoru ilə birlikdə bazadakı infrastruktur, silahlanma və döyüş texnikası ilə tanış olub”, – deyə məlumatda bildirilir.