Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti-nin Antikorrupsiya Agentliyinin əməkdaşı Xaşuridə öz avtomobilində ölü halda tapılıb. Hadisə ilə bağlı Gürcüstan Prokurorluğu istintaqa başlayıb
Gürcüstan Prokurorluğu Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti-nin Antikorrupsiya Agentliyinin əməkdaşının ölüm faktı ilə bağlı istintaqa başlayıb.
Qurumun məlumatına görə, əməkdaş Xaşuridə öz avtomobilində, özünə məxsus odlu silahla vurulmuş yaradan ölü halda tapılıb.
Bildirilib ki, Şida Kartli və Mtsxeta-Mtianeti Regional Prokurorluğu İstintaq İdarəsi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə araşdırma aparır.
Məlumata əsasən, Antikorrupsiya Agentliyinin əməkdaşı bu gün Xaşuri şəhərində, Tabidze küçəsində öz avtomobilində ölü vəziyyətdə aşkar edilib. Hadisə yerində təcili istintaq hərəkətləri davam etdirilir.