Gürcüstan dövlət sərhədini qanunsuz keçmə faktına görə sərhəd polisi iki nəfəri saxlayıb

11:47, 19.10.2025

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları Axaltsixe idarəsinin mühafizə olunan sahəsində həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində iki nəfəri — 1983-cü il təvəllüdlü H.S. və 1969-cu il təvəllüdlü M.Q.-nu Gürcüstan dövlət sərhədini qanunsuz keçməkdə ittiham edərək saxlayıblar.

Sərhəd Polisinin məlumatına görə, bu cinayət beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

“Müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsini yan keçərək, Türkiyə Respublikasından Gürcüstan istiqamətinə doğru Gürcüstan dövlət sərhədini qanunsuz keçiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə aparılır, bu maddə Gürcüstan dövlət sərhədinin qanunsuz keçilməsini nəzərdə tutur”, – deyə Sərhəd Polisinin məlumatında bildirilir.

Oxşar