Gürcüstan Dəmir Yollarının baş direktoru azərbaycanlı və türkmən həmkarları ilə birlikdə Türkmənbaşı limanının infrastrukturuna baxış keçirib
Gürcüstan Dəmir Yollarının baş direktoru azərbaycanlı və türkmən həmkarları ilə birlikdə Türkmənbaşı limanının infrastrukturuna baxış keçirib

Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze azərbaycanlı və türkmən həmkarları ilə birlikdə Türkmənbaşı limanının infrastrukturuna baxış keçirib və dəmir yolu-bərə daşımalarına əhəmiyyətli təsir göstərən əməliyyat fəaliyyəti zamanı mövcud olan çətinliklərlə tanış olub.

Gürcüstan Dəmir Yollarının məlumatına görə, liman Türkmənistanın qərbində, Xəzər dənizi sahilində yerləşir və Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin mühüm limanlarından biridir.

Tərəflər Türkmənistan tərəfinin gələcəkdə ötürmə qabiliyyətinin artırılması məqsədilə həyata keçirdiyi genişmiqyaslı infrastruktur işləri başa çatana qədər, dəmir yolu bərələrinin natamam yüklənməsi şəraitində yaranan gecikmələrin və bununla bağlı xərclərin optimallaşdırılması üçün birgə və koordinasiyalı fəaliyyət göstərmək barədə razılığa gəliblər.