Gürcüstan Dəmir Yolları “Tbilisi Central”ın reabilitasiyasına başlayıb
Gürcüstan Dəmir Yolları “Tbilisi Central”ın reabilitasiyasına başlayıb.
Gürcüstan Dəmir Yolları layihəyə əsasən, birinci, ikinci və üçüncü platformaların tamamilə yenilənəcəyinə dair məlumat verir. Mövcud platformaların sökülməsinə başlanılıb, onların əvəzinə “Tbilisi Central”ın ərazisində yeni, daha hündür və müasir tipli platformalar quraşdırılacaq.
Yenidənqurma işləri platformalararası yeraltı keçidin, eləcə də “Tbilisi Central”ın binasından platformaya enən pilləkənin ləğvini nəzərdə tutur.
Layihəyə əsasən, piyada pilləkəninin əvəzinə vağzalda dörd yeni eskalator quraşdırılacaq, sərnişinlərin gözləmə guşələri yenilənəcək.
Bərpa prosesində platformada yanğın zamanı təxliyə qurğuları və qəza işıqlandırıcıları da quraşdırılacaq.
“Tbilisi Central”ın tam yenilənməsinin ümumi dəyəri təxminən 7 milyon laridir. Gürcüstan Dəmir Yolları “Tbilisi Central”ın təmir işlərini 2027-ci ilin payızında başa çatdırmağı planlaşdırır.