Gürcüstan Dəmir Yolları - Sərnişin qatarları hazırda İmereti-Quria hissəsində ləngimə olmadan hərəkət edirlər, dəmir yolunun bütün müvafiq xidmətləri xüsusi iş rejiminə keçib
Gürcüstan Dəmir Yolları - Sərnişin qatarları hazırda İmereti-Quria hissəsində ləngimə olmadan hərəkət edirlər, dəmir yolunun bütün müvafiq xidmətləri xüsusi iş rejiminə keçib

 

Sərnişin qatarları hazırda İmereti-Quria hissəsində ləngimə olmadan hərəkət edirlər – bu haqda məlumatı Gürcüstan Dəmir Yolları yayır.

Gürcüstan Dəmir Yollarının məlumatına əsasən, sərt meteoroloji şəraitə görə, sərnişin qatarlarının hərəkət cədvəlində müvəqqəti ləngimə qeydə alınmışdı, lakin Gürcüstan Dəmir Yollarının müvafiq xidmətlərinin operativ reaksiyası nəticəsində, hazırda bütün qatarların hərəkət cədvəli bərpa edilib.

“Sinoptiklərin proqnozuna əsasən, mürəkkəb meteoroloji şərait davam edir. Mövcud vəziyyəti nəzərə alaraq, Gürcüstan Dəmir Yollarının bütün müvafiq xidmətləri xüsusi iş rejiminə keçib” – məlumatda deyilir.