Gürcüstan Dəmir Yolları - Ozurqeti-Tbilisi qatarının vaqonlarından birində tüstülənmə baş verib, nəticədə heç kim xəsarət almayıb, sərnişinlərin alternativ nəqliyyatla daşınması prosesi gedir
Gürcüstan Dəmir Yolları - Ozurqeti-Tbilisi qatarının vaqonlarından birində tüstülənmə baş verib, nəticədə heç kim xəsarət almayıb, sərnişinlərin alternativ nəqliyyatla daşınması prosesi gedir

 

Ozurqeti-Tbilisi qatarının vaqonlarından birində tüstülənmə baş verib, nəticədə heç kim xəsarət almayıb, sərnişinlərin alternativ nəqliyyatla daşınması prosesi gedir – bu barədə məlumatı Gürcüstan Dəmir Yolları yayır.

Gürcüstan Dəmir Yollarının məlumatına əsasən, sərnişinlərə bilet haqqı tam olaraq qaytarılacaq.

“Qomi-Ağara keçidində Ozurqeti-Tbilisi istiqamətində hərəkət edən qatarın vaqonlarından birində tüstülənmə baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb, sərnişinlər vaxtında təxliyə edilib. Hazırda Gürcüstan Dəmir Yolları alternativ nəqliyyatla sərnişinlərin daşınması üzərində işləyir və əlavə qatar yoldadır. Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır. Sərnişinlərə bilet haqqı tam olaraq qaytarılacaq” – Gürcüstan Dəmir Yollarının bəyanatında deyilir.