Gürcüstan Dəmir Yolları Gürcüstanın limanlarından Bakı istiqamətində blok qatar təyin edir
Poti-Tbilisi-Potidən sonra Gürcüstan Dəmir Yolları Gürcüstanın limanlarından Bakı istiqamətində blok qatar təyin edir. Gürcüstan Dəmir Yollarının məlumatına əsasən, yeni blok qatar Batumi-Poti-Tbilisi-Abşeron-Sumqayıt-Ələt istiqamətində hərəkət edəcək.
Onların məlumatına əsasən, blok qatar Qara dəniz limanlarını Azərbaycanın ən böyük terminalları ilə əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq birləşdirəcək.
Tərəflər qarşılıqlı razılaşmanı Almatıda imzalayıblar.
“Gürcüstan və Azərbaycan Dəmir Yolları yük sahiblərinə sadələşdirilmiş “terminaldan qapıya” xidmətini təklif edirlər. Blok qatarlar əvvəlcədən müəyyən edilmiş qrafik üzrə hərəkət edəcəklər. Nəticədə, yük sahibləri konteynerin Poti limanından Bakıya çatdırılmasını ən qısa vaxtda edə biləcəklər. Yük sahibi konteynerin Bakıya nə qədər vaxta çatacağını və boş konteynerin geriyə nə qədər vaxta qayıdacağını əvvəlcədən biləcək” – Gürcüstan Dəmir Yollarında qeyd edirlər.
Onların məlumatına əsasən, yeni xidmət Potidən Bakıya gedən və geriyə boş konteynerlərin nəql edilməsinin avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsinə kömək edəcək, bu isə, bir tərəfdən, avtomobil yollarındakı yüklənməni əhəmiyyətli dərəcədə azaldacaq, digər tərəfdən isə ətraf mühitə daha az ziyan vuracaq.
“Bu, müəyyən müddət ərzində konteynerləri Batumi/Poti/Tbilisidən Bakıya və əksinə, heç bir gecikmə olmadan qəbul edəcək yük sahibləri üçün sadələşdirilmiş logistik xidmətdir. Bu xidmət sayəsində yük sahibləri vaxtdan başqa, xərclərə xeyli qənaət etmiş olacaqlar, çünki bildiyiniz kimi, terminallarda yükün və boş konteynerlərin saxlanılması gündəlik ödəniş tələb edir. Gürcüstan Dəmir Yolları logistik xidmətlərin sadələşdirilməsini davam etdirir. Məqsədimiz odur ki, şirkət mümkün qədər çox yük daşısın və nəticə etibarilə, Gürcüstan Dəmir Yollarının gəlirini artıraq” – Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze bildirir.