Gürcüstan Dəmir Yolları - Batumi stansiyasına yaxın ərazidə sərnişin qatarı azyaşlını vurub və o, yerindəcə həlak olub
Gürcüstan Dəmir Yolları - Batumi stansiyasına yaxın ərazidə sərnişin qatarı azyaşlını vurub və o, yerindəcə həlak olub

 

Gürcüstan Dəmir Yolları Batumi stansiyasına yaxın ərazidə bədbəxt hadisənin baş verməsi haqda məlumat verir.

Gürcüstan Dəmir Yollarının məlumatına əsasən, “sərnişin qatarı azyaşlını vurub, azyaşlı yerindəcə dünyasını dəyişib”.

“Qatar platformaya gedirdi və Batumi-Kutaisi reysini yerinə yetirməliydi. Hadisə yerinə patrul və kriminal polis gəlib.

Gürcüstan Dəmir Yolları faciə ilə bağlı kədərini ifadə edir və mərhumun ailə üzvlərinə başsağlığı verir” – Gürcüstan Dəmir Yollarının məlumatında qeyd olunub.