Gürcüstan Dəmir Yolları aprelin 18 və 19-da Tbilisi-Batumi-Tbilisi istiqamətində reyslər əlavə edir
Gürcüstan Dəmir Yolları aprelin 18 və 19-da Tbilisi-Batumi-Tbilisi istiqamətində reyslər əlavə edir. Bu barədə məlumatı Gürcüstan Dəmir Yolları sosial şəbəkədə yayır.
Əlavə reyslərin təyin edilməsinin Pasxa bayramı ilə əlaqədar olduğunu bildirirlər.
“Pasxa bayramı ilə əlaqədar Gürcüstan Dəmir Yolları aprelin 18 və 19-da Tbilisi-Batumi-Tbilisi istiqamətində reyslər əlavə edir.
Tbilisi-Batumi
Gediş: 10:35
Gəliş: 16:10
Batumi-Tbilisi
Gediş: 18:30
Gəliş: 23:47
Biletləri veb səhifəmiz vasitəsilə, sürətli ödəmə terminalları, Gürcüstan Dəmir Yollarının kassalarında və Gürcüstan Dəmir Yollarının tərəfdaş şirkətləri vasitəsilə əldə etmək olar” – Gürcüstan Dəmir Yolları yazır.