Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 9 aprel memorialı yaxınlığında bir şəxs xuliqanlıq və polis əməkdaşının tələbinə tabe olmamağa görə, digər şəxs isə qrup halında zorakılıq törətməkdə ittiham olunaraq saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 9 aprel memorialı yaxınlığında saxlanılan şəxslərdən biri İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polis əməkdaşının qanuni tələbinə tabe olmamaq) maddələri əsasında tutulub.

Məlumata əsasən, həmin şəxs memorialda hökumət və qanunverici orqanın nümayəndələri tərəfindən qoyulmuş çələngləri aşırıb və təhqiramiz ifadələr işlədib.

Bununla yanaşı, Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, memorial yaxınlığında baş vermiş insidentlərdən biri ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi üzrə (qrup halında zorakılıq) istintaqa başlanılıb.