Gürcüstan Daxili İşlər Nazirliyi Türkiyə tərəfindən axtarışda olan iki şəxsi odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və sərhədin qanunsuz keçilməsi ittihamları ilə Acarıstanda saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları Türkiyə Respublikası tərəfindən axtarışda olan iki şəxsi qrup halında odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, eləcə də dövlət sərhədinin qanunsuz keçilməsi ittihamı ilə saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin şəxsi və müvəqqəti yaşadıqları mənzildə apardıqları axtarış zamanı sübut kimi odlu silah və döyüş sursatları götürüblər. Əşyalar arasında iki tapança, üç daraq və 129 patron olub.
Müəyyən edilib ki, saxlanılan şəxslərin hər ikisi müxtəlif ağır cinayətlərə görə axtarışda olub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 344-cü maddələri ilə aparılır. Bu maddələr 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb