Gürcüstan da daxil olmaqla 50-dən çox BMT ölkəsi Rusiyanın Ukraynanın işğal olunmuş bölgələrində prezident seçkiləri keçirmək cəhdini pisləyir

11:34, 16.03.2024

Gürcüstan da daxil olmaqla 50-dən çox BMT ölkəsi Rusiyanın Ukraynanın işğal olunmuş bölgələrində prezident seçkiləri keçirmək cəhdini qınayır. Müvafiq birgə bəyanatı Ukraynanın BMT-dəki səfiri Sergey Kislitsa oxuyub.

“Biz Rusiya Federasiyasının Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisinin müvəqqəti işğal olunmuş rayonlarında Rusiya prezidenti seçkilərinin keçirilməsinə dair qeyri-qanuni cəhdlərini qətiyyətlə qınayırıq. BMT-yə üzv olan başqa ölkənin ərazisində onun icazəsi olmadan seçkilərin keçirilməsi suverenlik və ərazi bütövlüyü prinsipinə hörmətsizlikdir. Belə seçkilər beynəlxalq hüquqa görə legitim deyil”, – deyə ukraynalı diplomat bildirib.

Brifinq zamanı 56 ölkənin BMT-dəki səfiriləri həmrəylik əlaməti olaraq Sergey Kislitsanın yanında olublar.

Kislitsanın sözlərinə görə, birgə bəyanatı imzalayanlar Rusiya Federasiyasını Ukraynaya qarşı təcavüzkar müharibəni dayandırmağa və hərbi qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarmağa çağırırlar.

Oxşar