Gürcüstan - Çexiya matçının biletləri yalnız onlayn satılacaq #1TVSPORT
Gürcüstan - Çexiya matçının biletləri yalnız onlayn satılacaq #1TVSPORT

Sentyabrın 7-də Tbilisidə keçiriləcək Gürcüstan – Çexiya matçının biletləri yalnız onlayn rejimdə satılacaq. – “Səlibçilər”in rəsmi saytı məlumat yayır.

“Sentyabrın 7-də saat 20:00-da Mixail Mesxi adına stadionda Gürcüstan millisi Çexiya ilə qarşılaşacaq. Qarşılaşmanın biletləri yalnız onlayn satılacaq və tkt.ge saytı tərəfindən satılacaq.

Gürcüstan – Çexiya oyununa biletin qiyməti 10, 30 və 50 lari olacaq. Hər bir müştəri matçda iştirak etmək üçün maksimum iki bilet ala bilər. Bilet satışı avqustun 15-i saat 12:00-da başlayacaq. – bəyanatda yazılıb.

Xatırlatmaq istərdik ki, Gürcüstan yığması bu qarşılaşma ilə UEFA Millətlər Liqasının B1 qrupunun oyunlarına başlayacaq və burada rəqiblərimiz Çexiya ilə yanaşı, Albaniya və Ukrayna komandaları da olacaq.