Gürcüstan bu həftə koronavirus üzrə müalicə preparatı  alacaq
Gürcüstan bu həftə koronavirus üzrə müalicə preparatı alacaq

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvilinin sözlərinə görə, Gürcüstan bu həftə koronavirus üzrə müalicə preparatı alacaq.

Onun sözlərinə görə, infeksiyadan sonra ilk beş gün ərzində dərman qəbul etmək lazımdır.

“Bu həftə koronavirus üzrə müalicə preparatımız olacaq. Bu, “Pfizer” tərəfindən yaradılmış xüsusi “Paxlovid” dərmanıdır. Dünyada bir neçə ölkədə var və mən çox şadam ki, o, bizim ölkələrdən biri olacaq. Biz bu dərmanları yoluxma halında daha da pisləşə bilən və xroniki xəstəliklərlə müşayiət olunan hər kəsə pulsuz paylayacağıq. Dərman vasitəsini yoluxmadan sonra ilk beş gün ərzində dərman qəbul etmək lazımdır”, – Azaraşvili bildirib.