Gürcüstan Biznes Assosiasiyası Ukraynaya yardım üçün 100 000 lari köçürdü
Gürcüstan Biznes Assosiasiyası Ukraynaya yardım üçün Qırmızı Xaç Cəmiyyəti hesabına 100 000 lari köçürdü. Bu barədə bəyanatı Gürcüstan Biznes Assosiasiyası yayır.
“Bu gün Ukrayna üçün həm mənəvi, həm də maddi dəstək xüsusilə əhəmiyyətlidir; buna görə də Biznes Assosiasiyasının icraçı komandası, Assosiasiyanın Müşahidə Şurası ilə razılaşdıraraq, 100 000 lari məbləğində pul ianə etmək qərarına gəldi. Bu yolla Ukraynalı qardaşlarımıza və onların ailələrinə dəstəyimizi ifadə etməyə çalışdıq. Biz bütün biznes sektoruna və marafonda fəal iştirak edən bütün digər donorlara təşəkkür etmək istərdik, Ukraynaya yardıma müəyyən töhfə verəcəyini düşündüyümüz əhəmiyyətli məbləğdə pul toplandı. Belə məqamlarda ümumi ideya ətrafında birləşmək xüsusilə vacibdir və biz biznes fəallığı görəndə sevinirik.
Buradaca, Gürcüstan Biznes Assosiasiyası döyüş əməliyyatları, raket və hava bombardmanları nəticəsində həlak olan insanlara dərin hüznlə başsağlığı verir və ümid edirik ki, bütün dünyaya, Ukraynaya və günahsız insanlara bu qədər ziyan və ağrılar verən müharibə tezliklə başa çatacaq. Döyüş əməliyyatlarının qeyd-şərtsiz və vaxtında dayandırılması və Ukrayna vətəndaşları üçün dinc, təhlükəsiz mühitin yaradılması üçün öz mövqeyimizi ucadan bildirmək hər birimizin borcumuzdur”, – Gürcüstan Biznes Assosiasiyasının bəyanatında deyilir.