Gürcüstan-Belarus görüşünə tamaşaçının iştirakına icazə verdilər - UEFA-dan gözlənilməz sevinc
Gürcüstan-Belarus görüşünə tamaşaçının iştirakına icazə verdilər - UEFA-dan gözlənilməz sevinc

UEFA-nın fövqəladə icraiyyə komitəsində qərar verildi ki, oktyabrda UEFA himayəsi ilə keçiriləcək bütün görüşlərdə stadionda azarkeşlərin 30 faizi iştirak etsin.

“UEFA azarkeşlərə imkan verir ki, stadiona qayıtsınlar və əgər yerli hakimiyyət icazə verirsə onun 30 faizini doldursunlar. Bu qərarı UEFA-nın icraiyyə komitəsi 24 sentyabrda Budapeştdə, UEFA Super Kubokunda keçirilən pilot matçından sonra qəbul etdi. Təşkilat qərar verdi ki, UEFA himayəsi ilə keçiriləcək bütün görüşlərə tamaşaçını buraxsın, əgər buna yerli hökmutlər tərəfindən icazə varsa. Tamaşaçı stadionun maksimum 30 faizini doldura bilər, qonaqların tərəfdarlarına isə, növbəti xəbərdarlığa qədər iştirak etmə qadağan edilir”, – UEFA-nın səhifəsində yayılan məktubda deyilir.

8 oktyabrda, Tbilisinin “Dinamo Arenasında” Avropa Çempionatının təkmilləşdirmə mərhələsinin play-off yarımfinal görüşü keçiriləcək. Gürcüstan yığması Belarus ilə qarşılaşacaq. UEFA-nın qərarı deməkdir ki, Gürcüstan-Belarus matçında 18 min insan iştirak edəcək.