Gürcüstan Baş Naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb
Gürcüstan Baş Naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb

Gürcüstan Baş Naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Hökumət Administrasiyasının Mətbuat Xidmətinin məlumatına görə, təkbətək görüşdə tərəflər iki ölkə arasında mövcud yüksək səviyyəli strateji tərəfdaşlığa və müxtəlif sahələrdə məhsuldar əməkdaşlığa diqqət çəkiblər.

“Görüşdə iqtisadi əlaqələrin dərinləşdirilməsinə diqqət yetirilib və bu baxımdan Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının roluna toxunulub. Komissiyanın növbəti iclası yaxın gələcəkdə Gürcüstanda keçiriləcək.

Xüsusi vurğu regionda sülhün əhəmiyyətinə edilib. Hökumət rəhbəri bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında aparılan dialoqu alqışlayır, bu, regionun stabilliyi və inkişafı üçün mühüm addımdır.

Tərəflər həmçinin Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə ediblər. Vurğulanıb ki, vəziyyətin deeskalasiyası və sülhün bərpası üçün diplomatik səylər zəruridir”, – məlumatda qeyd olunub.