Gürcüstan "Acanthus" ali mükafatını və beynəlxalq tanınma qazanıb
Gürcüstan "Acanthus" ali mükafatını və beynəlxalq tanınma qazanıb

 

 

Gürcüstan “Acanthus” ali mükafatını və beynəlxalq tanınma qazanıb. Bu haqda məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyi yayır.

“Acanthus” mükafatı Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış “Tarixi Bağların Avropa Marşrutu” tərəfindən təsis edilib. Mədəniyyət Nazirliyinin məlumatına əsasən, məhz qeyd olunmuş mükafatın ilk buraxılışı çərçivəsində gürcü layihəsi “Gürcüstanın Milli Botanika Bağında Çörək Festivalı” ali mükafatı qazanıb. Xüsusilə, gürcü layihəsi “İctimai iştirak, təhsil və maarifləndirmə” kateqoriyasında qalib gəlib.

“Tarixi Bağların Avropa Marşrutu” (ERHG) Avropanın müxtəlif ölkələrinin mühüm tarixi bağlarını bir ortaq marşrutda birləşdirən qeyri-kommersiya assosiasiyasıdır. Hər il Tbilisinin Botanika Bağında keçirilən festival ənənəvi buğda növlərinin, kənd təsərrüfatı irsinin və etnobotanik biliyin populyarlaşdırılmasına kömək edir. Elmi və mədəni təcrübəni birləşdirir, on minlərlə ziyarətçi cəlb edir və yerli icmaları dəstəkləyir. Qeyd edilməlidir ki, illik çörək festivalı 2025-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş “Gürcü Buğda Mədəniyyəti – Ənənələr və Rituallar”ın qorunmasına və populyarlaşmasına əhəmiyyətli dərəcədə kömək edir. Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi tərəfindən “Avropa Bağları Assosiasiyası”na üzvlük üçün müraciət 2019-cu ildə təqdim edilmiş və 2025-ci ildə qalib layihənin namizədliyini də o, təmin etmişdi. Mükafatlandırma mərasimi 2026-cı ilin 7-9 oktyabr tarixlərində Afinada “Tarixi Bağların Avropa Forumu” çərçivəsində keçiriləcək” – Mədəniyyət Nazirliyinin məlumatında deyilir.