Gürcüstan adı ilə yarışan Anastasiya Qubanova Zaqreb Turnirinin qalibidir

Dekabrın 10-da Xorvatiyada 15 ölkədən 23 nümayəndənin iştirak etdiyi “Çellencer” seriyasının “Golden Spin of Zagreb 2021” beynəlxalq turnirində qadınlar kateqoriyasında ilk medal dəsti oynanıldı.

Gürcüstan adından yarışan 19 yaşlı konkisürən Anastasiya Qubanova turnirdə kifayət qədər yaxşı çıxış edib. O, iki proqram üzrə 184,29 xalla turnirin qalibi oldu və qızıl medal qazandı.

Anastasiya Qubanova üçün Xorvatiya turniri oktyabrda Finlandiyada keçirilən turnirdən sonra mövsümün ikinci beynəlxalq startı oldu.