Gürcüstan 2020-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinə hakimliyə namizədini təqdim edəcək
Gürcüstan 2020-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinə hakimliyə namizədini təqdim edəcək

Gürcüstan Ədliyyə naziri, Tea Sulukiani nümayəndə heyəti ilə birlikdə Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin üzv ölkələrinin 18-ci assambleyasında iştirak edəcək.

Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, səfərin əsas məqsədi Gürcüstan adı ilə məhkəmənin üzv ölkələri qarşısında bəyanatın edilməsidir ki, Gürcüstan 2020-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinə hakimliyə namizədini təqdim edəcək. 2020-ci ildə Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin üzv ölkələrinin 19-cu assambleyasında, 6 vakant yerə hakimləri müxtəlif bölgələrdən seçəcəklər.

Gürcüstandan başqa namizədi qarşıdakı ölkələr təqdim edə bilərlər: Albaniya, Bosniya, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Latviya, Litva, Monteneqro, Şimali Makedoniya, Moldova, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya.