Gürcüstan 13 aprel tarixindən ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edən ölkə olacaq
2026-cı il 13 aprel tarixindən etibarən Gürcüstan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (FSC) sədrlik edən ölkə olacaq. Bu barədə məlumatı Gürcüstanın Avstriyadakı səfirliyi yayıb.
Səfirliyin məlumatına görə, 25 mart tarixində Fransanın sədrliyinin son iclası çərçivəsində sədrliyin Gürcüstana simvolik şəkildə təhvil verilməsi mərasimi keçirilib.
“Gürcüstan Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna 4 sentyabr tarixinədək rəhbərlik edəcək, bundan sonra sədrliyi Birləşmiş Krallıq təhvil alacaq.
Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu ATƏT-in əsas qərar qəbul edən orqanlarından biridir və onun başlıca məqsədi təşkilat çərçivəsində təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməkdir,” – deyə səfirliyin məlumatında bildirilir.