Gürcüstan-Azərbaycan sərhədinin müəyyənləşdirilməmiş hissəsində insindent baş verdi, bir nəfər həbs edilib
Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşları, odlu silahdan qeyri-qanuni istifadə və rehin tutaraq, insanları hədələmək ittihamı ilə, Gürcüstan-Azərbaycan sərhədinin müəyyənləşdirilməmiş hissəsində Gürcüstan vətəndaşı G.İ-yi həbs etdilər.
“Cari ilin yanvarın 14-də, Gürcüstan vətəndaşı – G.İ. sərhəd zonasında idi. O odlu silahla və əl qumbarası ilə hədələyərək, gürcü sərhədçilərini, sərhədin müəyyənləşdirilməmiş hissəsinə doğru tərpənməyə məcbur etdi.
İnsindent zamanı, o bir neçə dəfə atəş etdi.
Gürcüstanın Daxili İşlər Nazirliyinin sərhəd polis əməkdaşlarının operativ və effektiv işləməsi nəticəsində, vəziyyət tez zamanda həllini tapdı.
Nazirliyinin məlumatına görə, faktla bağlı istintaq cinayət məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri və 144-cü maddəsinin 2-ci hissəsi ilə aparılır.
Nazirlik insindent zamanı effektiv əməkdaşlıq üçün, Azərbaycanlı həmkarlarına təşəkkür etdi.