Gürcü tərəfi Cenevrə danışıqlarının iştirakçılarına Arçil Tatunaşvilinin işi ilə bağlı ekspertiza qərarını təqdim edəcək və suçluların cəzalandırılmasını tələb edəcək
Gürcü tərəfi Cenevrə danışıqlarının iştirakçılarına Samxarauli adına milli ekspertiza bürosunun, Arçil Tatunaşvilinin işi ilə bağlı verdiyi ekspertiza qərarını təqdim edəcək və onun qətlə yetirilməsində suçlu olan şəxslərin cəzalandırılmasını tələb edəcək.
Bu barədə məlumatı Birinci Kanala Xarici İşlər Nazirinin müavini vəzifəsini icra edən Davit Dondua verdi.
Donduanın bəyanatına görə, Rusiyanın Xarici İşlər Nazirinin müavini Qriqori Karasin öz bəyanatları ilə çalışır ki, Rusiyayı bu öhdəlikdən azad etsin.
Onun dediyinə görə, bu vəziyyətdən yeganə çıxış yolu deokupasiya və işğal altında olan ərazilərdə nizam-intizamın bərpasıdır.