Gürcü sülhməramlılarının növbəti axını vətənə qayıtdı
Gürcü sülhməramlılarının növbəti axını vətənə qayıtdı

Gürcüstan müdafiə qüvvələrinin üçüncü briqadasının 32-ci piyada batalyonunun üçüncü axını Gürcüstana qayıtdı.

Müdafiə Nazirliyinin məlumatına görə, gürcü sülhməramlılarını Tbilisi Beynəlxalq Aeroportunda müdafiə qüvvələrinin nümayəndələri və “General Mazniaşvili adına Gənclər Legionu” üzvləri qarşıladılar.

Elə onların məlumatına görə, gənclər təşkilatının nümayəndələri gürcü sülhməramlılarını missiyanın uğurlar başa çatdırlmasını alqışlarla və təsəlliverici çağırışlarla təbrik etdilər.

Üçüncü piyada briqada Əfqanıstan İslam Respublikasında, NATO himayəsi ilə keçirilən “qəti dəstək missiyasında” altı ay ərzində yerinə yetirirdi. Onların əsas məqsədi bazanın təhlükəsizliyinin müdafiəsi və tabe olunmuş əməliyyat rayonu təhlikəsizliyinin təmin edilməsi idi. Yaxın zamanlarda 32-ci batalyon Gürcüstana mərhələ şəklində, tam tərkiblə dönəcək.